Ərdoğan keçmiş nazirləri Yunus Əmrənin şeiri ilə sərt tənqid etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş nazirləri sərt tənqid edib.
“Habertürk” xəbər verir ki, bunu R.T.Ərdoğan keçmiş nazirlər Əhməd Davudoğlu və Əli Babacanın yeni partiya quracaqları iddiasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, AKP konkret istiqaməti olan partiyadır:
“Bu, xalqın və haqqın istiqamətidir. Biz bu istiqamətdə davam edirik. Bu yolda azanlar oldu. Xəyala dalanlar, mövqe tutmağa çalışanlar, AKP-nin kölgəsini öz kölgəsi hesab edənlər ifşa olunacaq. Onların məqsədinin nə olduğu deyil, bizim nə iş gördüyümüz önəmlidir”.
Dövlət başçısı keçmiş nazirlərə Yunus Əmrənin şeiri ilə cavab verib:
“Girdim elm məclisinə, eylədim, qıldım tələb, dedilər elm geridə, illa ədəb, illa ədəb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət