Dərc edildi: Baxış sayı: 504
Ərdoğan “Foks Nyus”un müxbirini belə susdurdu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Foks Nyus” televiziyasının müxbiri Bret Bayerin suallarını cavablandırıb.
Axar.az xəbər verir ki, müsahibə zamanı Bayerin Türkiyənin ən çox jurnalistin həbs edildiyi ölkə olduğunu söyləməsi Ərdoğanın kəskin reaksiyasına səbəb olub.
“Siz hazırda məhkəmə mənsubu kimi danışırsınız, jurnalist kimi deyil. Bu nöqtədə jurnalist kimi danışın və məndən də siyasətçi kimi cavab alın. Görün nə deyirəm, dövlətə qarşı çevriliş cəhdi edən bir İŞİD üzvü jurnalist olduğu üçün sərbəst buraxılsa, ABŞ-da buna nə deyərsiniz? “Yaxşı edib, düzgün edib” deyə bilərsiniz?” - Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət