Slimfit
  1. DÜNYA

Ərdoğan Əfqanıstanla bağlı təklif verdi

Ərdoğan Əfqanıstanla bağlı təklif verdi
Sakura

Ərdoğan Əfqanıstanla bağlı təklif verdi

Beynəlxalq ictimaiyyətin Əfqanıstan xalqından üz çevirmək və bu ölkəni öz taleyinə buraxmaq kimi bir seçimi yoxdur.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammitində danışarkən deyib.

“Türkiyənin cənub və şərq sərhədlərindən məruz qalacağı miqrasiya təzyiqi Avropa ölkələrinə də təsir göstərəcək. Əfqanıstanda ən qısa zamanda təhlükəsizlik və sabitliyin təmin edilməsi nəinki regional, həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edir.

G-20 çərçivəsində Əfqanıstan üzrə işçi qrupunun yaradılmasını təklif edirəm. Türkiyə olaraq bu qrupun başqanlığına da namizədik.

Türkiyədə təqaüdlə təhsil alan əfqan tələbələrin sayı 1100 nəfərdir. Bu günə qədər təqaüd verdiyimiz əfqan tələbələrinin sayı isə 10 mini keçib”, - deyə Ərdoğan bildirib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR