Slimfit
  1. TÜRKİYƏ

Ərdoğan: “Dünyada bunu bacaran heç bir siyasətçi yoxdur”

Ərdoğan: “Dünyada bunu bacaran heç bir siyasətçi yoxdur”
Sakura

Türkiyə ən böyük ticarət partnyorları ilə milli valyutalarla ticarətə aparmağa hazırlaşır.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rize şəhərində mitinqdə çıxışında bildirib.

“Biz artıq Çin, Rusiya, İran və Ukrayna ilə milli valyutalarla ticarət aparmağa hazırlaşırıq. Əgər Avropa ölkələri də dolların təzyiqindən azad olmaq istəyirsə, onlarla da analoji sistemi yaratmağa hazırıq”, - o deyib.

Ərdoğan həmçinin qeyd edib ki, Ankara dünyaya elan edilən iqtisadi müharibə ilə bağlı vəziyyətə dözmək niyyətində deyil. O həmçinin xatırladıb ki, dünyada Türkiyə barəsində düşmən siyasət həyata keçirərək müvəffəqiyyət qazanmağı bacaran heç bir siyasətçi yoxdur.

Prezident həmçinin söz verib ki, bu millətin ahını alan hər kəs gec-tez bəlasını tapacaq.

“Məsələnin dollar, avro və qızıl olmadığını biz çox yaxşı bilirik. Bunlar ölkəmizə qarşı başladılan iqtisadi müharibənin güllələridir. Əlbəttə, bunlara qarşılıq vermək üçün lazımi tədbirlər görmüşük, görəcəyik. Amma ən vacibi bu silahları tutan əlləri sındırmaqdır. Elə zənn edirlər ki, valyutanın kursunu qaldırmaqla Türkiyə yıxılacaq, elə zənn edirlər ki, maliyyə vasitələrindən istifadə etməklə bu millət diz çökəcək, elə zənn edirlər ki, bizə fərqli hüquq tətbiq edərlərsə, bu ölkə təslim olacaq. Biz bütün dünyaya iqtisadi müharibə elan edən, sanksiya təhdidləri ilə ölkələri xəraca bağlayan bu nizamı əsla qəbul etmirik”, - Türkiyə prezidenti vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR