Dərc edildi: Baxış sayı: 387
Ərdoğan Consonla Suriyanı müzakirə etdi
Böyük Britaniyanın Baş naziri Boris Conson və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.
Liderlər ikitərəfli əlaqə və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Ərdoğan Türkiyə və ABŞ-ın Suriyanın şimalı ilə bağlı razılaşması çərçivəsində YPG-nin təhlükəsizlik bölgəsindən çəkilməsi, ağır artilleriyanın toplanılması, istehkamların və müşahidə məntəqələrinin yararsız vəziyyətə gətirilməsi məsələlərinin diqqətlə izlənildiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət