Ərdoğan: Bizimlə qəbilə dövləti kimi davrana bilməzsiniz!
Biz sıradan bir millət deyilik. 21 milyon kv/km torpaqlardan azalaraq 780 min kv/km-ə qədər gəlib çatmışıq. Yəni torpaq nədir, bilirik. Kimsə bizimlə qəbilə dövləti kimi davrana bilməz.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi qulluqçular qarşısında çıxışında deyib.
“Türkiyənin nə Avropada, nə Şimali Afrikada, nə də Qafqaz regionu, Balkan yarımadası, Mərkəzi Asiyada baş verənləri uzaqdan seyr etmək kimi bir rahatlığı var. Bu torpaqlarda yaşanan hər olay birbaşa ölkəmizə təsir etməkdədir. Yəni Balkanlarda, Mərkəzi Asiyada qeyri-sabitlik varsa, Afrikada insanlar aclıqla, yoxsulluqla mübarizə aparırsa, bunun mənfi təsirləri Türkiyədə hiss edilir”, - deyə Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət