Dərc edildi: Baxış sayı: 753
Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Binəli Yıldırımı köməkçisi təyin etməyi düşünür.
Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazarı Əbdülqədir Səlvi bildirib.
“Binəli Yıldırımın Prezident köməkçisi olacağından bəhs edilir. Ancaq millət vəkili olduğu üçün parlamentdə tarazlıq hesablamaları aparılırmı? Onu bilmirəm. Başdan qəti və açıq şəkildə söyləyim: Bunlar Ərdoğan və ətrafında danışılanlar deyil. AKP millət vəkilləri arasında danışılanları çatdırmağa çalışıram”, - Səlvi yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət