Dərc edildi: Baxış sayı: 376
:0
Ərdoğan Bağdadi əməliyyatında Türkiyənin rolunu açıqladı
Bağdadinin öldürülməsi ilə bağlı Türkiyə ABŞ-a dəstək verdi. ABŞ helikopterləri bizim nəzarətimizdəki Afrin və Cerablus hava sahəsini istifadə edərək getdi.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Kəşfiyyat dəstəyi verdik. Bizim kəşfiyyat orqanlarımızla ABŞ-ın kəşfiyyat bölmələri birlikdə çalışdı. Hava sahəsini istifadə edəcəklərini bildirdilər. Bağdadiyə qarşı əməliyyat keçiriləcəyini bilirdik. Biz də Cerablus və Afrindəki birləşmələrimizə xəbərdarlıq etdik”, - Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət