Slimfit
  1. İQTİSADİYYAT

Erdoğan: "Azərbaycan hesabına idxal-ixracdakı fərqin 1.5 milyard dolları ödəniləcək"

Erdoğan: "Azərbaycan hesabına idxal-ixracdakı fərqin 1.5 milyard dolları ödəniləcək"
Sakura

Türkiyə dövlət idxal-ixrac arasındakı kəsrinin 1.5 milyard dollarını Azərbaycanın investisiyası hesabına…

Türkiyə dövlət idxal-ixrac arasındakı kəsrinin 1.5 milyard dollarını Azərbaycanın investisiyası hesabına ödəyəcək.

Bu barədə Türkiyə prezidenti Recep Tayyip Erdoğan partiyasının Böyük Millət Məclisindəki toplantısında danışıb.

Erdoğan STAR neft emalı zavodunun açlışını ölkəsi üçün kritik bir investisiya hesab etdiyini deyib.O bildirib ki, bu istehsal müəsissəsi Avropa, Orta Şərq və Şimali Afrika bölgəsindəki ən böyük neft emalı müəssisələrindən biridir.

Erdoğan deyib ki, ötən həftənin cümə günü Türkiyənin İzmir şəhəri yaxınlığında açılan STAR neft emalı zavodu Azərbaycanın 6.3 milyard dollarlıq investisiyası hesabına başa gəlib.

Zavodun əhəmiyyətindən danışan prezident deyib ki, bununla da Azərbaycanın Türkiyədəki investisiyası 10 milyard dolları keçib.

Zavodun istahsalından böyük mənfəət əldə olunacağını deyən Erdoğan bununla Türkiyənin idxal-ixrac əməliyyatlarındakı fərqin 1.5 milyard dollarlıq hissəsinin ödəniləcəyini bildirib.

Star neft emalı zavodunun səhmlərinin 60 faizi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR Turkey Enerji A.Ş.), 40 faizi isə Azərbaycanın İqtisadiyyat Nazirliyinə məxsusdur.İqtisadi şərhçilərin sözlərinə görə zavod tam işə düşdükdən sonra illik 250 milyon dollar xalis mənfəət əldə edəcək.

Zavodda 1100 nəfər işçi çalışacaq.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR