Slimfit
  1. DÜNYA

Ərdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?

Ərdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?
Sakura

Ərdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük pərəstişkarı olduğunu deyib.

Ağ Ev lideri bunu Ərdoğanla görüşündən sonra dilə gətirib.

Trampın bu sözlərindən sonra bir çoxları Ərdoğanı Mustafa Kamal Atatürkdən sonra Türkiyənin ən böyük lideri adlandırıblar. Bəs, doğurdan da Ərdoğan Türkiyənin ikinci böyük lideri hesab edilə bilərmi?

Politoloq Elxan Şahinoğlu Modern.az-a bildirib ki, bunu qiymətləndirmək çox çətindir.

“Əlbəttə ki, Ərdoğan Türkiyə üçün çox böyük işlər görüb, Türkiyə hazırda bölgənin əsas aparıcı dövlətlərindən birinə çevrilib. Amma Ərdoğana Atatürkdən sonra ən böyük liderdir deməyə çətinlik çəkərəm. Bunu deməklə Ərdoğandan əvvəlki prezidentlərin zəhmətini yerə vurmuş olarıq”- deyə, politoloq bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, Atatürkdən sonra Türkiyənin onlarla prezidenti və baş naziri olub və onlar da nələrsə etməyə çalışıblar:

“Ərdoğandan əvvəl də Türkiyəni böyütmək, iqtisadiyyatını artırmaq kimi niyyətlər olub. Amma onların dövründə soyuq müharibə illəri idi. Yəni Türkiyə tək hərəkət edə bilməzdi, Amerika müttəfiq idi. Əlbəttə, Ərdoğan böyük işlər görüb və indi də görməkdədir. Amma mən deyə bilmərəm ki, o, Atatürkdən Türkiyənin ikinci böyük lideridir” .

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR