Ərdoğan ABŞ televiziyasına müsahibə verdi - "Başqa ölkədə olanda olur, bizdə niyə olmasın?"
"Zaman-zaman dünyadakı şərtlərdən asılı olaraq sıxıntılar ola bilər, amma, bunun heç vaxt strateji ortaqlığımıza zərər verməsinə icazə verməmişik, vermərik. Ortaqlığımızın həmişə güclənməsinin tərəfdar olmuşuq və bugun də eyni mövqedəyik".
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bunu ABŞ "Fox News" kanalına verdiyi müsahibəsində ABŞ-Türkiyə münasibətlərini dəyərləndirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Həmçinin Türkiyənin S-400 Hava müdafiə sistemləri alması məsələsinə də toxunub:
Ərdoğan həmçinin bildirib ki, iki tərəf arasındakı son görüşlərdən sonra ABŞ-Türkiyə arasındakı ticarət həcmini 100 milyard dollara çatdırmaq planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət