Dərc edildi: Baxış sayı: 585
Ərdoğan ABŞ-la razılaşmadan danışdı: Əsas olan bu idi...
ABŞ ilə birgə hərəkat mərkəzinin qurulması barədə qərar verildi. Bu mərkəzin yaradılması ilə proses başlayacaq.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Ərdoğan Türkiyə-ABŞ razılaşması barədə deyib: "Əsas olan Fəratın şərqində addım atmaq idi, bu da oldu".
Qeyd edək ki, ABŞ-la Türkiyə arasında təhlükəsizlik bölgəsinin yaradılması barədə razılıq əldə edilib. İki ölkə arasında qısa müddət ərzində Ortaq Hərəkət Mərkəzinin yaradılması nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət