Slimfit
  1. DÜNYA

Ərdoğan ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanmasının aktual olduğunu bildirib

Ərdoğan ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanmasının aktual olduğunu bildirib
Sakura

Ərdoğan ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanmasının aktual olduğunu bildirib

“ABŞ Senatının “Erməni soyqırımı” ilə bağlı qərarının heç bir hüquqi əsası və bizim üçün dəyəri yoxdur. Çünki bu qərar siyasidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyənin bir neçə televiziya və radiosuna verdiyi müsahibədə bu fikirləri bildirib.  

Ərdoğan deyib ki, saxta “Erməni soyqırımı” mövzusunda Türkiyəyə qarşı irəli sürülən haqsız iddialara müvafiq cavablar veriləcək: “Biz sənədlə danışırıq. Türkiyə indiyədək 1 milyondan çox arxiv materiallarını, sənədləri üzə çıxarıb, heç birisində belə bir məsələ yoxdur. Dəfələrlə təklif etmişik ki, bu məsələ tarixçilərin, elm adamlarının araşdıracağı sahədir, arxivlərimiz açıqdır, gəlin araşdırın. Ermənistanda arxiv yoxdur, Amerikada, Fransada bir neçə arxiv materialları olduğu söylənilir, amma qapalı saxlayırlar. Bir halda ki, bizə iftiralarla hücum edirlər, biz də artıq müdafiəyə deyil, faktlarla onların qarşısına çıxacağıq. ABŞ-ın hindulara etdiyi soyqırımı bu ölkə üçün rəzalətdir. Biz bunu, eləcə də Ruandada, Əlcəzairdə  fransızların vəhşiliklərini, eləcə də digər bu kimi faktları dünya ictimaiyyətinə yayacağıq”.

Prezident həmçinin bildirib ki, Türkiyənin Malatya vilayətindəki ABŞ-ın Kürəcik və  Adanadakı İncirlik hərbi bazalarının bağlanması məsələsi də aktualdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR