Dərc edildi: Baxış sayı: 518
Ərdoğan 2020-ci ildə Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub
Rusiyanın Türkiyədəki səfirliyi 2020-ci ilin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəvət məktubu göndərib.
“Report” xəbər veir ki, bu barədə “İzvestiya” qəzeti səfirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Türkiyə Prezidentinə ünvanlanan dəvətnamə müəyyən edilmiş qaydada təhvil verilib. Qərarı gözləyirik”, - deyə, səfirlikdən bildirilib.
Türkiyə prezidentinin administrasiyası və bu ölkənin Moskvadakı səfirliyi dərc olunan xəbərə münasibət bildirməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət