Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Epidemioloq uşaqları nənə və baba yanında qoymamağa çağırdı

Epidemioloq uşaqları nənə və baba yanında qoymamağa çağırdı
Sakura

Epidemioloq uşaqları nənə və baba yanında qoymamağa çağırdı

Britaniyalı epidemioloq, London Gigiyena və Tropik Tibb Məktəbinin nümayəndəsi Daria Tserkovna valideynləri koronavirus pandemiyası ilə əlaqədar olaraq övladlarını nənə və babalarının yanında qoymamağa çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni koronavirusla bağlı COVID-19 pandemiyası elan edib. Ens.az saytı bildirir ki, artıq dünyanın 140-dan çox ölkəsində 153 mindən çox insan bu virusa yoluxmuş, onların əksəriyyəti sağalsa da 5,7 min nəfər dünyasını dəyişib. Son məlumatlara əsasən, Böyük Britaniyada COVID-19-dan ölənlərin ümumi sayı 55, yoluxmuşların sayı - 1,5 min nəfərdən çox olub.

Uşaqlarla oturmaq nənələr üçün risklidir

Ekspertin sözlərinə görə, koronavirusun həyatlarını daha az dərəcədə təhdid etdiyi gənclərin üzərində indi xüsusi bir məsuliyyət var: yaşlı valideynlərin, nənə və babaların taleyi gənclərin hərəkətlərindən çox cəhətdən asılıdır.

"Yaşlı adamlar və zəif immunitetə malik olan insanlar əsas risk qrupuna daxildirlər. Onlarla şəxsi təmasları məhdudlaşdırmaq, ehtiyac duyduqları hər şeylə təmin etmək və evdə qalmağı xahiş edərək onların təhlükəsizliyini təmin etmək lazımdır" mütəxəssis deyib.

İnfeksiyaya yoluxma hallarının artmasına baxmayaraq, Böyük Britaniyada bir çox Avropa ölkələrindən fərqli olaraq, məktəblər hələ də açıqdır. Hökumət gec-tez bağlanacağını bəyan edir, ancaq bu anı mümkün qədər ertələməyə çalışır. Bunun bir çox səbəbi var, amma əsas səbəb bunlardır : Milli Səhiyyə Xidməti üçün əlavə bir yükün yaranması (tibb işçilərinin 30% -nin uşaqları var, məktəblərin bağlanması qeyd olunan xidmətin xeyli işçisini müvəqqəti olaraq itirməsi demək olacaq), həm də işləmək məcburiyyətində qalan valideynlərin uşaqlarının yanında nənə və babalarını oturmağı xahiş edəcəkləri ehtimalıdır.

"Mən bunu etməməyi tövsiyə edirəm. Nənə və babalar əhalinin ən həssas hissəsidir. Uşaqlarla təmasları, əksinə, hər şəkildə məhdudlaşdırılmalıdır" ekspert bildirib.

"İndi edilə biləcək ən vacib şey özümüzə, yaxınlarımıza və ətrafımızdakılara cavabdehlik göstərməkdir. Yaşlı insanlar sosial ünsiyyət olmadan evdə qalmalı və ictimai yerlərdə olmaq istəyən hər kəslə əlaqə qurmamalıdırlar" deyə ekspert əlavə edib.

O, digər kateqoriyadan olan insanların da ehtiyat tədbirləri görməli olduğunu söyləyib: əllə görüşməməyə, avtomobilləri ictimai nəqliyyatdan üstün tutmağa, uşaqların və özlərinin düzgün və tez-tez əllərini yumağa, küçədən gəldikdən sonra isə üzlərini də yumağa çağırıb. Toxunuş və fiziki təmasları məhdudlaşdırmaq lazımdır, çünki hörmətin əsas göstəricisi insanın sağlamlığına və başqalarının sağlamlığına hörmət olmalıdır " O, bildirib.

"Xəstəliyin əlamətləri yaranarsa, özünüzü ciddi şəkildə təcrid etməlisiniz və xəstə deyilsinizsə də işə və ya məktəbə getməməyə və evdən işləməyə çalışın" deyə ekspert bildirib.

Mənbə: ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR