Slimfit
  1. CƏMİYYƏT

Epidemioloq COVID-19-dan daha təhlükəli infeksiyanın yaranma riski barədə xəbərdar edib

Epidemioloq COVID-19-dan daha təhlükəli infeksiyanın yaranma riski barədə xəbərdar edib
Sakura
:0

Epidemioloq COVID-19-dan daha təhlükəli infeksiyanın yaranma riski barədə xəbərdar edib

“Gələcəkdə COVID-19-un koronavirus infeksiyasından daha təhlükəli infeksiya yarana bilər”.

Report” xəbər verir ki, bunu rusiyalı tibb elmləri doktoru, professor İqor Qundarov “Veçernyaya Moskva”ya müsahibəsində deyib.

“Koronavirus qripdən daha güclü oldu. Son 15 ildə peyvəndlər sayəsində qripin A və B tipləri, demək olar, yox olub. İnsanlıq tibbi nailiyyətlər sayəsində qripi praktiki olaraq məhv etsə də, onun yerində başqa birini, daha təhlükəlisini “yetişdirib”, - epidemioloq bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ÜST-nin son rəsmi məlumatına görə, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 750 890 nəfərdir, 36 405 nəfər isə virusdan ölüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR