Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/Giriş

Ənvər Çingizoğlu - Qaradağlılar/Giriş
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/Giriş

Azərbaycanın ünlü soylarından biri də Qaradağlılardır. Bu soyad özlüyündə canlı bir tarixdir. Eşidən kimi maraqlanırsan ki, görəsən hansı Qaradağdandır? Azərbaycanda iki Qaradağ mövcuddur. Biri quzeydə, Bakının ətrafında, digəri güneydə, Arazın sağ sahilində. Bunlardan başqa hazırda respublikamızda Qaradağlı adında 18, Dağıstanda isə 2 yaşayış məntəqəsi var. Çözələməli olursan. Qaradağlı soyunun XIX yüzildə Qarabağda məskunlaşmış bir qolu, Məhəmmədqulu xanın uruğu Xanqaradağski soyadını daşıyırdı. Biz bu soyadın kökünü, yayılma arealını öyrənmək üçün tarixə baş vurmalı olduq. Əldə etdiyimiz materialları araşdırarkən bu qənaətə gəldik ki, soyun tarixi qədim və zəngindir. Ona görə də yazımızı materiallara görə üç dövrə ayırdıq. Ayrıntılar: Birinci dövr: Soyun kökü Ustaclı elinin tərkibində. Orta çağları əhatə edən yazıda soyun yaranması, yerdəyişməsi, yerləşməsi, Səfəvilər dövlətinin ictimai-siyasi yaşamında mövqeyi açıqlanır. Bu yazıda əsasən Xanqaradağskilərin babalarının daxil olduğu Ustaclı elindən və oymaqlarından danışılır. Ikinci dövr: Soyun Qaradağ dönəmi. Orta çağdan XIX yüzilədək bir dönəmi çevrələyən bu yazıda soyun bağlı olduğu Toxmaqlı oymağının Qaradağda yaşamından, siyasi həyata qatılmağından ünlü nümayəndələrindən, soyun şəcərəsindən bəhs edilir. Üçüncü dövr: Soyun Qarabağ dönəmi. XIX yüzildən günümüzədək bir dönəmi qapsıyan bu yazıda Xanqaradağskilərin ünlü nümayəndələrinin yaşam yolundan, yaradıcılığından söhbət açılır. Qaradağlı soyadının tədqiqi bir sıra önəmli səbəblərə görə aktualdır. Bildirdiyimiz kimi hər bir soyadın ardında bir tarix durur. Soyadların araşdırılması, öyrənilməsi tariximiz, elmimiz üçün əhəmiyyətli və qiymətlidir. Kökümüz, kimliyimiz bəlli olur. Soyların araşdırılması tariximizin öyrənilməsinin bir yönüdür. Bu mövzuya elmi düşüncə, araşdırıcı baxımdan yanaşdıqda ortalığa çox mənalar qoyulur. Bəzən tarix kitablarının, xranologiyaların yaddan çıxardıqları bir qaranlıq dönəmə işıq salınır. Soyun tarixini izlədikcə bir maraqlı məqam ortalığa çıxır. Çeşidli çağ axımında hardan hara gəlmişik. Haralarda izimiz yoxdur. Aramsız savaşların, köçürmə siyasətlərinin amansız nədənində paralanıb, parçalanıb, dürlü, müxtəlif yerlə səpələnmişik. Ağırbaşlı bir qurum olan ustaclılar Türkiyənin, Iranın və Azərbaycanın hər köşəsində binə tutub. Bu binəgüzarlığın da nədəni macəraçılıq, köçərilik deyil, yalnız və yalnız siyasətdir. Qaradağlıların tarixini araşdırarkən çeşidli qaynaqlara, arxiv materiallarına, tarixi ədəbiyyatlara müraciət etdik. Ortaya qoyduğumuz bu kitab gərgin bir zəhmətin nəticəsidir. Bizə yardımçı olanlara təşəkkür edirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR