Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/Abbasqulu xan

Ənvər Çingizoğlu - Qaradağlılar/Abbasqulu xan
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/Abbasqulu xan

Abbasqulu xan Mustafaqulu xanın oğludur. Əhər şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Qardaşından sonra Qaradağ vilayətinə hakimlik etmişdi. Abbasqulu xan müstəqillik arzusunda idi. O, bu məqsədlə Sisiyanovla yazışırdı. Abbas mirzə Naibəssəltənə Abbasqulu xanı 1804-cü ildə vəzifəsindən azad edib, Hacı Məhəmməd xan Qaragözlü-Bəydilini Qaradağa hakim təyin etmişdi. Sisiyanov 29 oktyabr 1805-ci ildə knyaz Çartarıyskiyə yazırdı: «Arazın sol sahili və Kürün kənarı bizim hakimiyyəti qəbul edəcəklərmi, sağ sahildəki Azərbaycan əhli onun (Fətəli şahın—Ə. Ç.) tiranlığından çıxıb, bizim himayəmizə sığınmaq istəyəcəklərmi? Onun şübhələrinin qurbanı keçən qışda Abbasqulu xan Qaradağlı oldu, onu Baba xan (Fətəli şah—Ə. Ç.) Pirqulu xanla dəyişdi. (Bax: AKAK, II cild, səh. 851.). Əslində Pirqulu xan Şambayatı-Qacar Iran ordusunun komandanı idi. Qaradağda, Əhərdə yaşadığından bu vilayətə nəzarət edirdi. Qaradağın hakimi Hacı Məhəmməd xan idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR