Slimfit
  1. ŞİKAYƏTLƏR VƏ MÜRACİƏTLƏR

Ens.az saytından plagiat saytlara son XƏBƏRDARLIQ

Ens.az saytından plagiat saytlara son XƏBƏRDARLIQ
Sakura

Ens.az saytından plagiat saytlara son XƏBƏRDARLIQ

Dörd dildə xəbər və ensiklopedik məlumat saytı olan Ens.az artıq bir neçə ildir ki, ictimaiyyəti müasir dövrün tələbələrinə və çağırışlarına uyğun informasiya və bilgilərə tanış edir, maarifləndirilmə istiqamətində fəaliyyət göstərir.

Saytımızın xəbər blokuna gündəlik 300-400 xəbər əlavə olunur, digər media saytlarında olmayan məqalələr də tərcümə edilərək oxuculara çatdırılır. Saytın ensiklopediya bölməsində isə 30 mindən çox məqalə vardır ki, onlar hər keçən gün daha da zənginləşdirilir.

Bu sayt informasiya ilə yanaşı elm, səhiyyə , texnologiya və ümumi dünyagörüşü ilə bağlı maarifləndirici bilgilərin sayına və məzmun dəyərinə görə ölkəmizin internet məkanında öncül yerlərdən birini tutur.

Bütün bunlar saytda çalışan o qədər də böyük olmayan kollektivin ağır zəhməti, sözün əsl mənasında gecə-gündüz çalışmaları sayəsində həyata keçirilir. Ona görə də saytımızda olan hər bir məlumata, hazırladığımız, tərcümə etdiyimiz məqalələrə yalnız hüquqi baxımdan əqli mülkiyyətimiz kimi yox, həm də gərgin zəhmətimizin məhsulu kimi yanaşırıq. Odur ki, saytımızda yerləşdirdiyimiz hər bir yazının altında avtomatik qaydada "Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad" edilməli olduğuna dair xəbərdarlıq yerləşdirilir.

Lakin təəssüflə qeyd edirik ki, bu xəbərdarlığa, ən əsası ölkəmizin müvafiq qanunvericiliyinə məhəl qoymayan bəzi saytlar bizim xəbər və məqalələrimizi heç bir istinad göstərmədən paylaşırlar. Bu saytlardan sfera.az, azerforum.com və digər saytlar, həmçinin azerforum.com saytının digər güzgü domenləri (women.az, corpnet.az, parlament20.az, women.az, adcity.az) aiddir. Bu xəbərdarlığa əməl olunmadığını görən sayt rəhbərliyi rəsmi xəbərdarlıqla həmin saytlardan ens.az saytının müəlliflik hüquqları olduğu özəl məqalə və tərcümələrinin həmin domen adlarında yerləşdirilməsinə qadağa qoymuşdur. Yəni, onların heç bir şəkildə ens.az saytının materiallarından istifadə etməyə hüququ yoxdur.

Saytın rəhbərliyi həmin saytların rəhbərləri ilə əlaqə yaradıb, bu halları təkrar etməmələri barədə bir neçə dəfə xəbərdarlıq etsə də, onlar bu çirkin əməllərini yenə də davam etdirməkdədirlər. Başqa sözlə, "hazıra nazir" olmaqla, əqli mülkiyyət oğurluğu ilə məşğul olurlar. 

Buna görə də, Ens.az saytı həmin saytlara son xəbərdarlığını edir. Əgər bundan sonra da bu əməlləri davam edərsə, sayt rəhbərliyi hüquqi addımlara əl atmağa məcbur olacaq.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR