Slimfit
  1. MARAQLI

Enerjimizi qorumağın yolları

Enerjimizi qorumağın yolları
Sakura

Enerjimizi qorumağın yolları

Adətən, insanlar yorğun və ya kefsiz olduqda “enerjim tükənib”, ”enerjim yoxdur” kimi ifadələr işlədirlər. Hər kəsə məlumdur ki, bu sözlərdə həqiqət payı var və insan orqanizmi müəyyən enerji istehsal edir.

Cəmiyyətdə məlumatlılığı təmin etmək üçün biz də insan orqanizminin enerjini necə əldə etdiyini və qoruduğunu araşdırdıq.

Standford Universitetinin elektron dərcində bildirilir ki, insan orqanizminin əsas funksiyalarından biri elə enerji istehsalıdır. Orqanizm qəbul etdiyi qidanı enerjiyə çevirir. Bu prosesi yerinə yetirən Adenozintrifosfat turşusu (ATF) - hüceyrəni enerji ilə təmin edən üzvi maddədir. ATF orqanizmin bütün fəaliyyəti üçün universal, vahid enerji, yəni təminat mənbəyi olduğuna görə, orqanizmin günlük sərfiyyatından sonra qalan enerji ATF-nin bərpası üçün sərf edilir.

İnsanın özünü gümrah və enerjili hiss etməsi üçün, yəni orqanizmdə mövcud olan enerjinin qorunması və bərpası üçün insanların riayət edə biləcəyi bir neçə məqam da var.

Harvard Universitetinin araşdırmasına əsasən, həmin məqamları sizə təqdim edirik:

- Stressdən uzaq olun

Stress emosiyası böyük həcmdə orqanizmin enerjisini tükədir. Buna görə də dərhal stressdən uzaq qalmağın yolunu tapmalısınız. Sizi stress keçirməyə sövq edən narahatlıqları ailəniz və yaxınlarınızla bölüşməli, lazım gələrsə, peşəkar məsləhət almaq üçün psixoloqa müraciət etməlisiniz. Müəyyən rahatlıq verən idman növləri, yoqa, meditasiya və sair kimi məşğuliyyətlər də stressi azaldır.

- İşinizi yüngülləşdirin

Orqanizmin enerji sərfiyyatını artıran digər səbəb həddindən artıq məsuliyyət götürmək və qədərindən artıq işləməkdir. Həddindən artıq məsuliyyət işə, ailəyə və ya sosial həyata qarşı duyula bilər. Buna görə də seçim etməli, ən vacib işləri birinci yerinə yetirməli, digərlərini isə daha sonra münasib vaxta saxlamalısınız. İş yerinizlə əlaqədar məsuliyyətiniz çoxdursa, işləri tamamlaya bilmək üçün köməkçi tələb edə bilərsiniz.

- İdmanla məşğul olun

İdman orqanizmin daha çox oksigen qəbul etməsini və bu yolla da enerji toplamasını təmin edir. İdman etmək sizin üçün çətin və ya indiki qrafikinizlə uyğun deyilsə, ən azından əvvəlkinə nisbətən daha tez-tez yeriməyə başlayın. Yürüyüş də orqanizmin enerji bərpasına faydalıdır.

- Enerjili olmaq üçün qidalanın

Enerjinizi qorumaq üçün gündə 3 dəfə böyük porsiyalarla yeməkdənsə, gündə tez-tez, kiçik porsiyalarla yemək faydalıdır. Çünki beyin yorğunluq hissi yaratmamaq üçün daim qida dəstəyinə ehtiyac duyur. Qidalanmanızda isə daha çox lifli meyvə və tərəvəzlərə, fındıq kimi quru çərəzlərə və zeytun yağı kimi faydalı yağlara üstünlük verməlisiniz. 

- Kofeindən istifadəni orqanizm üçün xeyirə çevirin

Kofein beyində ayıqlıq və gümrahlıq yaradır. Lakin kofein qəbulunu nəzarətdə saxlayın və diqqət edin ki, bu orqanizm üçün lazımından artıq olmasın. Əks halda bu, yuxusuzluğa səbəb ola bilər. Kofeinin orqanizmə təsiri çəkidən asılıdır, ona görə də, uşaqların istehlakı tövsiyə olunmur.

Sadalananlar içərisində xüsusi nəzarət tələb edən məqam kofeinlə bağlı olduğu üçün bu barədə müətəxəssis fikrini öyrəndik. Bunun üçün kofeinli enerji içkisi istehsalçısı olan “HELL ENERGY” rəsmisindən kofeinli içkilərin istehlak qaydalarını soruşduq. “HELL ENERGY” rəsmisi belə qeyd edir:

“Avropa Qida Təhlükəsizliyi Agentliyi gündə 5 aliminium qablaşdırma tərkibinə kofein olan enerji içkisi istehlakını təhlükəsiz hesab edir. “HELL ENERGY”-nin tərkibində 80 mq. kofein var. Bu, bir fincan espresso qəhvənin tərkibində olduğu qədərdir. Bu fakt hər bir məhslumuzun qablaşdırılması üzərində yazılıb. Biz istehlakçılarımız üçün tamamilə təhlükəsizliyi təmin etmək üçün Avropa Qida Təhlükəsizliyi Agentliyinin qərarının əksinə olaraq, gün ərzində 1 aliminium qablaşdırma “HELL ENERGY” içməyi tövsiyə edirik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR