Slimfit
  1. AZƏRBAYCAN

Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb

Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb
Sakura

Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Energetika Nazirliyi və Norveçin Equinor Abşeron AS şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Metbuat.az xəbər verir ki, memorandumda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ikitərəfli əməkdaşlığın ümumi prinsipləri, bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi, bu sahəyə gəlirli investisiya qoyuluşu üçün şəraitin yaradılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulur.

Bu sənəd Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı, maliyyələşdirilməsi, tikintisi, istismarı və saxlanması istiqamətində fəaliyyəti təmin etməyə kömək edəcək.

Anlaşma Memorandumunu energetika nazirinin müavini Samir Vəliyev və Equinor Abşeron AS şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Quraishi imzalayıb.

Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı, bu sahəyə investisiya qoyuluşunun təşviqi ilə bağlı həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər barədə danışıb. Bildirib ki, Equinor şirkəti ilə imzalanmış bu memorandum bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində tərəflər arasında atılan ilk addımdır və Azərbaycanda bu sahənin inkişafına oz töhfəsini verəcək.

Favad Quraishi isə bərpa olunan enerji mənbələrinin inkişafı üzrə fəaliyyətin Equinor şirkətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, bu sənədlə Equinor şirkəti Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və bərpa olunan enerji mənbələri sahəsində hər iki ölkənin maraqlarının reallaşmasına imkanlar yaranacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR