Slimfit
  1. İQTİSADİYYAT

Energetika Nazirliyi enerji idarəçilərinin təyin edilməsinin tezləşdirilməsi ilə bağlı çağırış edib

Energetika Nazirliyi enerji idarəçilərinin təyin edilməsinin tezləşdirilməsi ilə bağlı çağırış edib
Sakura

Energetika Nazirliyi enerji idarəçilərinin təyin edilməsinin tezləşdirilməsi ilə bağlı çağırış edib

Energetika Nazirliyi illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində, həmçinin tikinti sahəsi ən azı 10 000 kvadratmetr və yaxud illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerjinin səmərəli istifadəsinə cavabdeh şəxsin - enerji idarəçisinin təyin edilməsinin sürətləndirilməsi üçün təsərrüfat subyektinin rəhbəri və qeyri-yaşayış binalarının mülkiyyətçilərinə çağırış edir.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, enerji idarəçisinin təyin edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 279.0.3. maddəsinə əsasən fiziki şəxslərə 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslərə isə 2500 manatdan 3000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Enerji idarəçisinin təyin edilməsini Attestasiya Komissiyası həyata keçirir. Komissiyanı təsərrüfat subyektinin rəhbəri və yaxud qeyri-yaşayış binasının mülkiyyətçisi 5 nəfərdən ibarət olmaqla yaradır. Komissiyanın üzvlərindən biri nazirliyin nümayəndəsi olmalıdır.

Enerji idarəçisinin təyin edilməsi məqsədilə Attestasiya Komissiyasına nümayəndənin təqdim edilməsi üçün müraciətlər nazirliyin (012) 598-16-53/54/55 telefon nömrələri, həmçinin www.minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Xatırladaq ki, enerji idarəçilərinin təyin edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun 8.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və Nazirlər Kabinetinin 8 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Enerji idarəçisinə dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası” ilə tənzimlənir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR