Slimfit
  1. İQTİSADİYYAT

Energetika naziri: III rübdə neft bazarında defisit 3,9 mln. barreli ötəcək

Energetika naziri: III rübdə neft bazarında defisit 3,9 mln. barreli ötəcək
Sakura

Energetika naziri: III rübdə neft bazarında defisit 3,9 mln. barreli ötəcək

Əsasən “OPEC+” formatı davam edən COVİD-19 pandemiya şəraitində neft bazarında vəziyyətin tənzimlənməsini təmin edəcək. Energetika naziri Pərviz Şahbazov belə hesab edir.

“Təklifin birinci rübdəki 100 mln. barreldən üçüncü rübdə 88,3 mln barrelədək azalması ilə bağlı nikbin proqnozlar belə deməyə əsas verir ki, "OPEC+"ın təklifin tənzimlənməsi siyasəti özünü doğruldur. Bununla belə pandemiya davam edir və dünya iqtisadiyyatı bərpa olunanadək neft bazarını əsasən format çərçivəsindəki fəaliyyətimiz balanslaşdıracaq", - Şahbazov cümə günü ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbinin açılışında "Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu" mövzusunda çıxış edərkən bildirib.

Nazir qeyd edib ki, “OPEC+" razılaşması imkan verir ki, gündəlik neft istehsalı 2 il ərzində bazardakı vəziyyətə görə tənzimlənsin.

“Proqnozlara əsasən, üçüncürübdən neftə tələbin təklifi üstələyəcəyi və 3,9 mln. barel defisitin yaranacağı gözlənilir. İlin ikinci yarısından neftə tələbatda gözlənilən artımla əlaqədar bazarın balanslaşdırması məqsədilə avqustun 1-dən ixtisarların 7,7 mln. barrelədək yumşaldılması fazasına daxil oluruq”, - nazir vurğulayıb. **

 

Mənbə: İnterfax.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR