Slimfit
  1. AZƏRBAYCAN

Energetik içkilər və siqaretlər üçün aksiz vergisinin dərəcələri müəyyənləşdirilib

Energetik içkilər və siqaretlər üçün aksiz vergisinin dərəcələri müəyyənləşdirilib
Sakura

Energetik içkilər və siqaretlər üçün aksiz vergisinin dərəcələri müəyyənləşdirilib

Cari il yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər çərçivəsində aksizli mallara vergi nəzarətini nəzərdə tutan müddəalar üzrə əlavə və dəyişikliklər aparılıb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, məcəllənin 190-cı maddəsi ilə müəyyənləşən aksizli malların siyahısına energetik içkilər, elektron siqaretlər üçün maye və avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla) əlavə edilməklə aşağıdakı aksiz vergisi dərəcələri müəyyənləşdirilib: alkoqollu energetik içkilər – hər litrinə 2 manat; alkoqolsuz energetik içkilər –litrinə 3 manat; elektron siqaretlər üçün maye –litrinə 20 manat; avtobuslar üzrə - mühərrik həcminə uyğun olaraq 2 manatdan 10 manatadək (istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 min kilometrdən artıq olduqda, 1,5 əmsal tətbiq edilməklə).

Həmçinin, tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri üzrə əvvəl tətbiq olunan 1000 ədədinə 12 manat aksiz vergisi dərəcəsi dəyişdirilərək 1000 ədədinə 20 manat və siqarlar üzrə əvvəl tətbiq olunan 1000 ədədinə 10 manat aksiz vergisi dərəcəsi dəyişdirilərək, bir ədədinə 1 manat olaraq müəyyənləşdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR