Slimfit
  1. COĞRAFİYA

Endrü Branson: Ürəyimiz Türkiyədə qaldı

Endrü Branson: Ürəyimiz Türkiyədə qaldı
Sakura

Endrü Branson: Ürəyimiz Türkiyədə qaldı

Türkiyədə terrorla əlaqəli ittihamlar səbəbilə təxminən il həbsdə qalandan sonra bu ay azadlığa buraxılan amerikalı rahib Endrü Branson Amerikanın Səsinin Türkiyə xidmətinə müsahibə verib.

Özümü çox yalnız hiss etdim. İlk 6 ayda təxminən 22 kilo arıqladım. Çox stressli idim. Çox qorxdum.

Həyat yoldaşı Norin Bransonla birlikdə kamera qarşısına keçən Endrü Branson Türkiyədəki təcrübələrindən, həbsindən və azadlığa buraxılmasından, eləcə də Türkiyəyə olan həsrətindən və barəsindəki ittihamlardan danışıb.

Branson İslamçı missioner olaraq adlandırdığı Fəthullah Gülən qrupuna aid insanlarla heç bir əlaqəsinin olmadığını, onlarla salamlaşmadığını belə söyləyib.

Həbs olmadan əvvəl 23 il boyu Türkiyədə yaşadığını və hər zaman kilsə xidmətində çalışdığını, heç nəyi gizlətmədiyini vurğulayan Branson “ittihamnaməni oxuyanda inanmadım, bu inanılmaz bir şey idi. 23 ildir polis məni təqib edir. Heç nəyə şahid olmur. Birdən birə belə çıxır ki, mən hər şey etmişəm”, deyib.

 

İlk aparıldığını cəzaçekmə müəssisəsində FETÖ-çuların kamerasına salındığını, 8 nəfərlik kamerada 20-22 nəfərin qaldığını söyləyən Branson “özümü çox yalnız hiss etdim. İlk 6 ayda təxminən 22 kilo arıqladım. Çox stressli idim. Çox qorxdum” deyib.

Branson yaşadığı bu hadisələrin onun Türkiyəyə olan sevgisinə təsir göstərmədiyini vurğulayaraq, “Bizim ürəyimiz Türkiyədə qaldı” deyib. Branson heç vaxt Türkiyənin zərər görməyini istəmədiyini bildirib.

 

Mənbə : AmerikanınSesi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR