Dərc edildi: Baxış sayı: 884
Ən yüksək bal toplayan iki gəncdən biri Masallıdandır
Buraxılış imtahanının maksimum nəticə göstərən 2 məzunundan biri Masallıdandır.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Masallıda yerləşən 4 nömrəli Digah tam orta məktəbin məzunu Şəhriyar Şahin oğlu Səmədov respublika üzrə 11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının nəticələrinin 2 qalibindən biri elan olunub. O, bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.
İkinci ixtisas qrupu üzrə ali məktəblərə hazırlaşan Şəhriyar Səmədovun hədəfi gələcəkdə maliyyəçi olmaqdır. Qeyd edək ki, müəllim ailəsində sonuncu övlad olan Şəhriyarın qardaşı və bacısı da ali təhsillidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət