Dərc edildi: Baxış sayı: 526
Ən uzun elektrikli avtobus təqdim edilib
Avtomobil istehsalçısı "BYD" şirkəti dünyanın ən uzun elektrikli sərnişin avtobusu olan "K12A"nı təqdim edib.
Fins.az xəbər verir ki, elektrikli avtobusun uzunluğu 27 metrdir. "K12A" 250 nəfər sərnişin daşıya və saatda 70 km.saat sürətlə hərəkət edə bilir.
"BYD" şirkətinin bildirdiyinə görə “K12A” dünyada ilk 4WD sistemli elektrikli sərnişin avtobusdur.
Qeyd edək ki, avtobus Çinin Şençjen şəhərində təqdim edilib
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət