Dərc edildi: Baxış sayı: 593
Ən ucuz otelləri olan şəhərlərin adları açıqlandı
Xüsusilə yayda turistləri otel qiymətləri çox maraqlandırır. Rusiyanın “Ostrovok.ru” onlayn-xidməti ən ucuz otelləri olan şəhərlərin adlarını müəyyənləşdirməyə çalışıb.
Bizimyol.info xəbər verir ki, Bali ucuzluq baxımından hamını geridə qoyub. İndoneziya adasında 30 dollardan ucuz mehmanxana otaqları tapmaq mümkündür. Ubud şəhərində, Seminyak və Kuta kurortlarında bu qiymətə qala bilərsiniz. Əlbəttə, yalnız üçulduzlu otellərdə.
Onlayn-xidmət məlumat verməsə belə, Türkiyədə ucuz variantlar olduğunu bilirik. Bu məsələdə Alanya xüsusi fərqləndirilir. Həm burada, həm də Tailanddakı Samui adasında təxminən 37 dollara bir sutkalıq yer tapmaq mümkündür. Pattayada (Tailand) 31-32 dollara da yaşamaq olar.
Minskdə 55, İstanbulda 57, Salonikidə 63, Vilnüsdə 64 dollara da yaxşı varinatlar var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət