Slimfit
  1. MARAQLI

Ən təhlükəli ibadət

Ən təhlükəli ibadət
Sakura

zəhərli ilanlarla Tanrıya yalvarırlar

National Geographic telekanalında "Snake Salvation" adlı realiti-şousu da olan keşiş Ceymi Kuts 2014-cü ilin fkevralın 15-də ilan vurmasından həlak olmuşdu. O, kilsənin mehrabında duraraq dua edirdi və əllərində də dünyanın ən zəhərli ilanlarından olan zınqırovlu ilan vardı.

Zınqırovlu ilan bir anın içində qıvrılaraq Kutsun əlini dişləmişdi.

Kuts sadəcə "Aman, Tanrım!" söyləmişdi.

İnsident Kentukki ştatındakı Midlsboro şəhərindəki "Church Of God With Signs Following" kilsəsində yaşanmışdı.

Milli.Az CBs-ə istinadən bildirir ki, "Church Of God With Signs Following" təriqətinin mənsublarının dediklərinə görə, onlar Markın İncilinə əsaslanırlar.

Həmin İncildə (16:17) yazılıb: "Onlar ilanları götürəcəklər, zəhərli nə isə içsələr və ya ilanlar onları vurarsa, heç nə olmayacaq. Əllərini xəstələrin üzərinə qoyacaqlar və xəstələr də sağalacaq".

"Snake Salvation" realiti-şousunda Kuts ən zəhərli ilanları əlinə götürərək dua edirdi.

Kuts tibbi yardımdan imtina etmiş, evində keçinmişdi.

"Church Of God With Signs Following" sektası və ya "İlandaşıyanlar Kilsəsi" ABŞ-ın cənubunda fəaliyyət göstərən "Yəhova Şahidləri" təriqətindən ayrılanlardan ibarətdir.

"İlandaşıyanlar Kilsəsi"nin mənsublarının dediklərinə görə, əlində ilan tutub dua etməyin gərəkli olduğu Bibliyada yazılıb.

Kilsənin keşişləri kilsədə əllərində zəhərli ilan tutaraq dualar söyləyir, ibadətlər edirlər. Onları ilan dişləyəndə belə, həkim yardımından imtina edir, "Hər şey Tanrının əlindədir" söyləyirlər.

ABŞ-da bu təriqətin fəaliyyəti qadağan olunmasa da, yerli hakimiyyət dairələri "İlandaşıyanlar Kilsəsi"nin ayinlərinin davamlı keçirilməsinə mane olmağa çalışırlar. Lakin sektantlar qətiyyətlidirlər və məhz zəhərli ilanlarla duanın "xeyirli" olduğunu israrla vurğulayırlar.

Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR