Slimfit
  1. TEXNOLOGİYA

Ən sürətli kamera yaradılıb

Ən sürətli kamera yaradılıb
Sakura

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları dünyanın…

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları dünyanın ən sürətli kamerasını icad ediblər.

ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, “T-CUP” qurğusu saniyədə təxminən 10 trilyon kadr çəkir və vaxtı dayandıraraq kosmosda işıq şüasının hərəkətinə yubadılmış tempdə baxmağa imkan verir. Qeyri-adi kameranın işi sıxılmış sürətli fotoqrafiya (CUP) adlandırılan texnologiyaya əsaslanır. O, saniyədə milyardlarla kadr, eləcə də adi statik təsvirlər çəkə bilir. “T-CUP” 2015-ci ildə saniyədə 4,4 trilyon kadr çəkən kameranın müəyyənləşdirdiyi sürət rekordunu yeniləyib.

Mütəxəssislər ümid edir ki, texnologiya biotibb sahəsində tədqiqatlarda və materialların öyrənilməsində faydalı olacaq. Həmçinin alimlər çəkiliş sürətinin saniyədə 1 kvadrilyon kadradək artırılması imkanının mövcud olduğunu bildirirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR