Slimfit
  1. DÜNYA

Ən qədim quşa aid qalıqlar tapıldı - 5 metr boyunda...

Ən qədim quşa aid qalıqlar tapıldı - 5 metr boyunda...
Sakura

Ən qədim quşa aid qalıqlar tapıldı - 5 metr boyunda...

Alimlərin Yeni Zellandiyanın Vaipara bölgəsində tapılan bir quş qalıqları üzərində apardıqları araşdırma zamanı yaşamış ən qədim quş növünə aid məlumatlar ortaya çıxıb.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, "Protodontopteryx ruthae" adı verilən bu quş 62 milyon yaşındadır. Qədim nəhəng dəniz quşlarının şimal yarımkürəsində yaşadığı düşünülürdü. Yeni Zellandiyada tapılan qalıqlar bu fikri dəyişmiş oldu. Bu, günümüzə qədər yaşamış ən qədim quş növüdür və dinozavrlar öldükdən sonra Yeni Zellandiyada yaşamışdır. Bu quşla eyni ailədən olan quşların boyu 5 çetrə qədər olsa da, qalıqları tapılan bu quşun boyu sadəcə 1 metrdir və dimdiyinin ətrafında sümük dişə bənzər çıxıntılar vardır. Qalıqları həvəskar paleontoloq Leiy Lov tapıb. Buna görə də, quşa Lovun həyat yoldaşının adı olan Ruthae adı verilib. O bunu həyat yoldaşına təşəkkür olaraq etdiyini deyib.

Qalıqlar daha sonra Almaniyanın Frankfurt şəhərində olan Senkberq Araşdırma İnsititu və Təbiət Tarixi muzeyinə göndərilib. Burada skelet üzərində araşdırma aparan alimlər bildiriblər ki, bu quşun ölçüsünün kiçik olmasına baxmayaraq, qalıqlar həmin quş ailəsinin öyrənilməsi baxımından çox önəmlidir. Buna qədər bütün "pelagornitidlər" şimal yarımkürəsində tapılmışdı. Buna görə də, hamı bu növün şimala aid olduğunu düşünürdü.

Qeyd edək ki, Yeni Zellandiyanın Vaipara bölgəsində həmçinin 1.6 metr uzunluğumda nəhəng pinqvin və ən qədim tropik quş skeleti də tapılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR