Dərc edildi: Baxış sayı: 578
Ən qədim mağara rəsmi bu ölkədə tapıldı
Dünyanın ən qədim mağara rəsmi İndoneziyanın Sulavesi adasında aşkar edilib.
Redaktor.az xəbər verir ki, tarixçilər mağara rəsminin 44 min il əvvələ aid olduğunu güman edirlər. Qayanın üzərində ov səhnəsi əks olunub. Lakin cizgilərin aydın seçilmədiyi deyilir. Buna görə də, qaya üzərində digər rəsmlərin də ola biləcəyi istisna edilmir.
Elm adamları adada həmçinin 242 yeni mağara kəşf ediblər. Qeyd edək ki, iki il əvvəl də Sulavesidə qədim qaya rəsmləri tapılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət