"Böyük ehtimalla bu Kalimantan adasının meşələrində yaşayan dağ keçisinin rəsmidir"
Cənub-şərqi Asiyada yerləşən Kalimantan adasında 40 min il əvvələ aid olduğu ehtimal olunan heyvan rəsmi aşkarlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, adanın İndoneziyaya aid hissəsində, qayalıqlarda 40 min il əvvələ aid olduğu deyilən heyvan rəsmi aşkarlanıb.
Arxeoloqlar bu mağarada eramızdan əvvələ aid olduğu iddia edilən minlərlə rəsm, cizgilərin, simvolik işarələrin olduğunu söyləyir.
Aşkarlanan heyvan rəsmi ilə bağlı avstraliyalı alim Maxim Aubert isə bunları deyib:
"Cari dövrədək kəşf edilən heyvan təsvirləri sırasında bu rəsm ən qədimi hesab edilə bilər. Böyük ehtimalla bu Kalimantan adasının meşələrində yaşayan dağ keçisinin rəsmidir".
Bəzi alimlər isə bu rəsmlərin hətta 52-40 min il əvvələ aid olduğunu iddia edirlər. Adanın yeni kəşf olunan bu hissəsində tapıntıların çox olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bu qayalıqlarda təsvir edilən insan rəsmlərinin isə 13 min 600 il əvvələ aid olduğu söylənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət