Ən mükəmməl sualtı gəmi
Seanews.az xəbər verir ki, İsveçin “Saab” şirkəti “Kockums A26” adlı yeni nəsil sualtı gəminin layihəsini ictimaiyyətə təqdim edib.
Uzunluğu 63m olan gəminin konstruksiyasında sualtı “gözəgörünməzlik ” sahəsində ən son texnologiyalardan istifadə edilmişdir.
Şirkət rəsmilərinin sözlərinə görə, “Kockums A26”-nı dünyada hazırda mövcud ən müasir axtarış cihazları ilə belə aşkarlamaq qeyri-mümkündür.
“Kockums A26” adi dizel-elektrikli sualtı gəmidir. Lakin onu digərlərindən fərqləndirən başlıca cəhət onda geniş stealth texnologiyaya malik “Kocrums Stirling AİP” adlı güc qurğusunun quraşdırılmasıdır. Bundan əlavə, sualtı gəminin adı çəkilməyən şirkət tərəfindən hazırlanan gövdəsi yüksək dözümlülüyə malikdir. Hazırda “Saab” şirkəti “Kockums A26” tipli iki sualtı gəminin istehsalı üçün İsveçin Hərbi Dəniz Qüvvələri ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən şirkət həm də artıq mövcud olan “Gotland” tipli sualtı gəmiləri stealth texnologiyaları ilə təchiz etməlidir.
“Kockums A26” tipli sualtı gəmilər 2018-ci və 2019-cu illərin sonlarında İsveçin donanmasına təhvil verilməlidir.
Mənbə: seanews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət