Dərc edildi: Baxış sayı: 556
Ən iri şəhərlərdən biri sürətlə çökür - Yer üzündən silinə bilər...
Asiyanın ən iri şəhərlərindən biri, 13 milyondan çox əhalisi olan Tehran sürətlə çökür.
Trend-in məlumatına görə, Almaniyanın Potsdam Geoloji Tədqiqat Mərkəzinin alimləri bu qənaətə gəlib.
Tədqiqatlar nəticəsində məlum olub ki, şəhərin bəzi rayonları ildə 25 santimetr çökür.
Çökməyə səbəb yeraltı suların həcminin azalması göstərilir.
Qeyd olunur ki, şəhər ərazisinin çökməsinin qarşısı alınmasa, bu sıx məskunlaşmış ərazilərdə, eləcə də aeroport yaxınlığında infrastrukturun ciddi şəkildə pozulmasına səbəb ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət