Slimfit
  1. MƏTBƏX

Ən gizli və ideal blinçik resepti

Ən gizli və ideal blinçik resepti
Sakura

Bişirməyə alışdığınız Blinçik xəmiri reseptini bir kənara qoyun

Bişirməyə alışdığınız Blinçik xəmiri reseptini bir kənara qoyun.

Çünki publika.az daha dadlı resept təqdim edir. Bu xəmir rus kulinarlarının hər kəsdən gizlətdiyi reseptdir.

Tərkibi:

 
  • 600 ml su
  • 600 ml süd
  • 1,5 stəkan un
  • 1,5 stəkan kartof nişastası
  • 4 ədəd yumurta
  • 1 ç/q duz
  • 3 x/q kərə yağı
  • 3 x/q şəkər tozu
  • yarım ç/q vanil

Hazırlanması:

Telçırpıcı ilə yumurtaları çalın, yavaş-yavaş üzərinə şəkər tozu, duz və vanil tozu əlavə edin. Qarışdırmağa davam edərək, südüdə tökün. Un və nişastanı da kütlənin üzərinə səpin. Yağı su hamamında əridib, xəmirə tökün. Sonda isə isti su əlavə edib, qarışdırın. Xəmiri 30 dəqiqə ərzində kənara qoyub, gözlədin. Sonra isti tavaya 1 kiçik çömçə qədərində əlavə edin. Xəmiri tavanın dibinə hər tərəfli yayın. Hər iki tərəfini bişirib, üst-üstə yığın. İstədiyiniz içlik seçib, süfrəyə verin. Ertəsi gün hər kəs sizin ideal blinçiklərinizdən danışsın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR