Slimfit
  1. MARAQLI

Ən əyləncəli küçə təmirləri

Ən əyləncəli küçə təmirləri
Sakura

Ən əyləncəli küçə təmirləri

Dünyanın bir çox ölkələrində yollarda, küçələrdə aparılan təmir işləri zamanı çəkilən şəkillər maraq doğurur. Moskvanın mərkəzi küçələrində, eləcə də, Berlin,Vyana,Amsterdam, Nyu-Yorkun mərkəzi meydanlarında, magistral yollarda aparılan abadlıq işləri ətrafdakı insanlara narahatlıqdan çox zövq verib. Belə ki, yerli əhali və turistlər qızğın təmir işlərinin gedişatını maraqla izləyiblər. Dövr dəyişdikcə, yerli əhali yaşadığı ərazilərdə ən son memarlıq nümunələrinə, müasir növ nəqliyyat vasitələrinə, istirahət məkanlarına tələbatını artırır. Ölkə başçıları, şəhər hakimiyyəti əhalinin tələbatını lazımi şəkildə qarşılaya bilirmi? Ümid edək ki, çox yaxın gələcəkdə bizdə də yenidənqurma və abadlaşdırma işləri “Müvəqqəti narahatçılığa görə üzr istəyirik” şəklində sıxıcı deyil, dünya ölkələrindəki kimi maraqlı fotolarla aparılar.

Yerli əhalinin, eləcə də turistlərin diqqətini çəkən 3D formatlı küçə rəsimləri mərkəzi prospektlərin, meydanların görünüşünü təmamilə dəyişib. Təmir işləri zamanı çəkilən görüntülər sosial şəbəkələr vasitəsilə yayılıb. Şəbəkə istifadəçiləri bu dəyişimi yüksək qiymətləndirib və bənzər layihələrin davam etməsi yönündə şərhlər yazıblar.

Beləliklə,  yenidənqurma işlərindən sonra maraqlı görünüş alan həmin məkanların fotolarını təqdim edirik.

 

1. Nyu-Yorkda yerləşən Tayms Meydanı (“Times Square”) günün istənilən saatında insanlarla dolu olur. Gecəsi ayrı, gündüzü bir ayrı gözəl olan meydan Nyu-Yorka “yatmayan şəhər” statusu qazandırıb. Mərkəzdə gec saatlara qədər fəaliyyət göstərən mağazaların işiqları meydanı daha da canlandırır.

2. Kanadanın Toronto adlı mərkəzi vağzalında və eyniadlı metro stansiyasında abadlaşdırma işlərinə strat verilib. Yerli sakinlər təkidlə təmir işlərinin nə zaman sona çatacağını və şokalad aparatlarının yenidən nə zaman quraşdırılacağını soruşurlar: “Bu təmir nə vaxtsa sona çatacaq? Stansiyada qəlyənaltı etmək çox çətindir”.

3. Berlində yerləşən məşhur Unter-den-Linden bulvarı da maraqlı abadlaşdırma işləri ilə seçilir.

4. Niderlandın paytaxtı və mədəniyyət mərkəzi olan Amsterdamda Bilderdijkstrat və Kinkerstrat küçələrinin kəsişməsində yenidənqurma işləri aparılıb.

5. Avstriyanın paytaxtı Vyananın mərkəzi küçələrdən biri sayılan Mariahilfer küçəsinin abadlaşdırılması iki mərhələyə bölünüb. 2014-cü ilin iyul ayında aparılan birinci mərhələdə asfalt örtüyü təmiz dəyişdirilib. Əvəzinə qranit pilitələr döşənib. 2015-ci ilin noyabrında isə küçəni 1,6 kilometr genişləndirərək nəqliyyatın hərəkətini yaxşılaşdırıb, yollarda tıxacları azaldıblar.

6. Mançester şəhərinin əhəmiyyətli küçələrindən biri olan Krossda dəfələrlə yenidənqurma işləri aparılıb. Müxtəlif illərlə şəhər ətrafında, eləcə də yaxın küçələrdə baş verən bir sıra hadisələr (partlayışlar, qəzalar) küçənin əsaslı təmir olunmasına zərurət yaradıb.

 

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR