Slimfit
  1. HƏRB

Ən çox silah satan ölkələr məlum oldu

Ən çox silah satan ölkələr məlum oldu
Sakura

Ən çox silah satan ölkələr məlum oldu

2014-2018-ci illər ərzində dünyanın aparıcı silah ixracatçıları əvvəlki illərdə olduğu kimi, Rusiya və ABŞ-dır.

Bu barədə Stokholm Beynəlxalq Sülh problemlərinin Tədqiqatı İnstitutunun hesabatında qeyd olunur. Hesabatı TASS dərc edib.

Sənədə görə, qlobal silah satışı həcmi əvvəlki beşilliklə müqayisədə, 7, 8 faiz artıb.

Bu həcmin 75 faizi ABŞ, Rusiya, Çin, Fransa və Almaniyanın payına düşür. Rusiya və ABŞ birlikdə satış həcminin 57 faizinə cavab verir.

Bununla belə, hesabatda qeyd olunur ki, qeyd olunan illər ərzində Rusiya Federasiyasının silah ixracatı 17 faiz azalıb.

İxracatın zəifləməsi Hindistan və Venesuelaya silah tədarük həcminin azalması ilə əlaqələndirilir. Son beş il ərzində Rusiyanın ümumilikdə 48 ölkəyə silah-sursat satdığı bildirilir.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR