Slimfit
  1. TEXNOLOGİYA

Ən çox satılan 5 noutbuk markası

Ən çox satılan 5 noutbuk markası
Sakura

Ən çox satılan 5 noutbuk markası

Müştərilər noutbuk alan zaman ən çox onun fərqli xüsusiyyətlərinə nəzər yetirir. Bəs onda istehsalçılar, noutbukun aid olduğu brendi niyə ən çox gözə çarpan yerdə qeyd edirlər? Səbəb isə alıcının brendin adını görən zaman onun parametrlərinə bələd olmasından ibarətdir. Belə ki, hal-hazırda texno-bazarda hər brend özünə məxsus təchizat paramertləri ilə aktiv şəkidə rəqabət aparır.

Banco.az olaraq sizə, 5 ən çox satılan noutbuk brendini təqdim edirik.

Lenovo

Brendin məhsulları Çin-də istehsal olunsa da keyfiyyəti ilə orta seqmentə məxsus brendlərin hər birindən daha üstün sayılır. Səbəb isə Lenovo noutbuklarının daha keyfiyyətli qrafika və səs modullarına malik olmasındadır.

Asus

Növbəti Asiya texno-bazarının təmsilçisi - kifayət qədər güclü parametrləri ilə müştərilərin diqqətini cəlb edə bilir.  Brend məhsulunun interfeysi “user friendly”kateqoriyasına daxildir.

 

Dell

Dünyanın ən çox satılan modellərindən biri Dell markasının noutbuklarıdır. İnterfeys sırf “user friendly” kateqoriyasına daxil olsa belə qiymət baxımından top-lider markalardan daha baha satılır. Lakin modul təchizatı baxımından elə də fərqli məhsul hesab edilmir.

HP

Top-un növbəti pilləsində HP brendinin noutbuku qərarlaşıb. Qeyd edək ki, adı çəkilən məhsulların qiyməti daha yüksək seqmentə aid edilir. Alınmasına sərf edilən vəsait isə özünü mükəmməl dizayn, yüksək keyfiyyətli səs parametrləri ilə doğruldur.

Acer

Əslində bu brend məhsulları yüksək texnologiya təchizatlı cihazdan çox, dəbli devays olaraq qəbul edilir. Bu markaya məxsus noutbuklar: qrafika, səs, dizayn modulları  baxımından daha bahalı modellərdən zəif olsa da rəqabətə davamlıdır.

Apple şirkəti 2007-ci ilə qədər ən yaxşı keyfiyyət göstəricisi və sərfəli qiymətlərinə görə lider mövqeni tuturdu. Belə ki, brendin ən bahalı məhsullarından olan MacBook cəmi 1000 ABŞ dolları qiymətində satışa çıxarılırdı. İllər keçdikcə brend keyfiyyətli məhsullar istehsal etsə də qiymət artımı vəziyyəti dəyişdi. Belə ki, Apple brendi orta qiymət seqmenti üçün əlçatmaz oldu. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR