Slimfit
  1. AZƏRBAYCAN

Ən çox işsizlik Bakının bu rayonundadır

Ən çox işsizlik Bakının bu rayonundadır
Sakura

Ən çox işsizlik Bakının bu rayonundadır

Bu ilin apreli ayının 1-nə Bakıda işsizlik statusu verilmiş şəxslərin sayı 18 658 nəfər təşkil edib ki, onlardan 530 nəfəri işsizlikdən sığorta ödənişi alanlar olub.

Hurriyyet.org-un Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji tarixi ilə müqayisədə 2,5% azalıb.

İşsizlikdən sığorta ödənişi alan 530 nəfərə hesablanmış orta aylıq məbləğ 256,40 manat olub. Bakı şəhəri üzrə işsiz şəxslərdən 7 154 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat mart ayının axırına şəhər üzrə cəmi 2 526 nəfərdir, onlardan 1 311 nəfəri fəhlələrdir.

Qeyd edək ki, Bakı üzrə ən çox işsizlik statusuna malik olanlar Suraxanı rayonunda, ən az isə Pirallahı rayonunda qeydə alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR