Slimfit
  1. AZƏRBAYCAN

Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir

Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir
Sakura

Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilən “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı tədbirdə səsləndirilib.

Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış edərək, Müsəlman Şərqində ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixi əhəmiyyətindən, 23 aylıq mövcudluğu dövründə qazandığı uğurlardan danışıb.

Çıxışlarda bildirilib ki, keçmiş sovet imperiyasının hərbi təcavüzü nəticəsində itirdiyimiz müstəqilliyimiz ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən bərpa edildi və xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan qısa müddətdə iqtisadi yüksəliş dövrünə qədəm qoydu. Məhz dahi rəhbər Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində biz bu gün 28 May – Respublika Gününü milli bayram kimi qeyd edə bilirik.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderimizin həyata keçirdiyi uğurlu dövlət quruculuğu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir, Azərbaycan Respublikası Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf edir.

Sonda məktəblilər Azərbaycan Xalq Cümhuriyyətini tərənnüm edən şeirlər söyləyiblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR