Slimfit
  1. DÜNYA

Ən böyük aeroportu icarəyə verirlər

Ən böyük aeroportu icarəyə verirlər
Sakura

Böyük Britaniyanın Mançester Airport Qrup (MAG) şirkəti Sofiya aeroportunun konsessiyaya verilməsi ilə…

Böyük Britaniyanın Mançester Airport Qrup (MAG) şirkəti Sofiya aeroportunun konsessiyaya verilməsi ilə bağlı hərracda iştirak edəcək.

FED.az xəbər verri ki, iyul ayında Bolqarıstan hökuməti Sofiya aeroportunu uzun müddətli konsessiyaya vermək məqsədilə hərraca çıxarıb.

MAG hərracda iştirakını təsdiq edən ilk şirkətdir. Konsessiya 35 illik veriləcək. Bütün xərclər 3,9 milyard avro təşkil edəcək.

Aeroportun konsessiya verilməsinin əsas şərti buraya 600 milyon avro sərmayənin qoyulmasıdır. MAG bu şərtlə tam razı olduğunu bəyan edib.

Hazırda MAG Böyük Britaniyanın üç aeroportunu - Mançester, London Stansted və East Midlandsı nəzarətinə götürüb. Mançester aeroportunun baş direktoru Sofiya hava limanının yüksək perspektivlərinin olduğu bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR