Dərc edildi: Baxış sayı: 415
Ən bahalı transfer sıradan çıxdı
Madridin “Atletiko” klubu ciddi itki ilə üzləşib.
Oxu.Az xəbər verir ki, “hindular”ın tarixinin ən bahalı transferi hesab olunan Joau Feliks dünən “Valensiya” ilə La Liqa matçında (1:1) zədələnib.
80-ci dəqiqədə zədə səbəbindən əvəzlənən portuqaliyalı hücumçunun 3 həftə oynaya bilməyəcəyi bildirilib.
Xatırladaq ki, Felix bu yay 126 milyon avroya “Benfika”dan “Atletiko”ya transfer olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət