Dərc edildi: Baxış sayı: 536
İranın ümumtəhsil məktəblərində fars dili ilə yanaşı, Azərbaycan dili tədris edilməlidir
İranın ümumtəhsil məktəblərində fars dili ilə yanaşı, Azərbaycan dili tədris edilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Güney Azərbaycanın Şəbistər şəhərinin İran parlamentindəki millət vəkili Məsumə Ağapur Əlişahi deyib.
Millət vəkili parlamentdəki çıxışında hökuməti Konstitusiyanın 15-ci maddəsinin şərtlərini yerinə yetirməyə çağırıb.
Məsumə Ağapur Əlişahi digər tələblərindən də danışıb: “Nazirlər Kabinetində ən az bir türk, bir sünni məzhəbindən olan qadın görmək istərdim”.
Qeyd edək ki, İranın Nazirlər Kabinetində təmsil olunan nazirlər arasında azərbaycanlı yoxdur. 3 nazir (bəluc, kürd, ərəb) istisna olmaqla, digər nazirlərin hamısı farsdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət