Slimfit
  1. SİYASƏT

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib
Sakura

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib

Fransa Respublikasının Prezidenti Emmanuel Makron yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. 

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, hər iki tərəf əlaqələrin inkişafından məmnun olduqlarını bildirib, iqtisadi sahədə əməkdaşlığın genişləndiyi vurğulanıb.

Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər. 

Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa Prezidentinə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR