Slimfit
  1. İQTİSADİYYAT

Əmlak vergisi necə hesablanır

Əmlak vergisi necə hesablanır
Sakura

Əmlak vergisi necə hesablanır

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən məcəllənin 114.3-1-ci maddəsini nəzərə alaraq aparılmış əməliyyatları ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyicisi tərəfindən əmlak vergisi hesablanarkən ilin sonuna qalıq dəyəri kimi amortizasiya normasının iki misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər, yoxsa bir misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər götürülür?  Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsinin 114.3-1-ci maddəsində qeyd olunan şəxs tərəfindən bu il amortizasiya normasının 2 misli tətbiq edilmədiyi halda, həmin hal aşağı norma kimi tətbiq olunması hesab edilərək növbəti ildə 2 əmsal əlavə olaraq tətbiq edilə bilərmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar. Bu kateqoriya vergi ödəyicisi tərəfindən əmlak vergisi hesablanarkən ilin sonuna qalıq dəyəri kimi amortizasiya normasının iki misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər götürülür. Bu maddə ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq edilmədiyi halda, yaranan fərq növbəti ilə keçirilə bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR