Dərc edildi: Baxış sayı: 610
Əmircanda 13 abonentin qaz təchizatı muvəqqəti dayandırıldı
Axşam saatlarında paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsində sakin Xanlar Ələkbərova məxsus ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsi uçub.
"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov "Report"a bildirib ki, hadisə zamanı bir neçə qaz sayğacı və 76 mm diametrində qaz xətti zədələnib.
Hadisə ilə əlaqədar 13 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət