Dərc edildi: Baxış sayı: 758
“Emirates Airline” aviaşirkəti Sudana uçuşları bərpa edəcək
Əmirliklərin iri aviaşirkəti olan “Emirates Airline” cari ilin iyul ayının 8-dən Sudana uçuşları bərpa edir.
AZƏRTAC-ın məlumatına görə, şirkətin bəyanatında Sudandakı vəziyyət ətraflı öyrənildikdən sonra Xartuma reyslərin bərpa edilməsi barədə qərar qəbul olunduğu deyilir. Bildirilir ki, iyulun 8-dən başlayaraq aviaşirkət Dubay-Xartum marşrutu üzrə gündə bir reys həyata keçirəcək.
Qeyd edək ki, Əmirliklərin aviaşirkəti Sudanda ictimai-siyasi vəziyyətin gərgin olması ilə əlaqədar bu ölkəyə uçuşları cari ilin iyun ayının əvvəllərində dayandırmışdı.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət