Slimfit
  1. İDMAN

Emin yaşıl meydanlara qayıdır - 7 ay sonra

Emin yaşıl meydanlara qayıdır - 7 ay sonra
Sakura

Emin yaşıl meydanlara qayıdır - 7 ay sonra

Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü, İsveçin “Kalmar” klubunun müdafiəçisi Emin Nuri uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdır.

Sportlife.az xəbər verir ki, mart ayının əvvəlində ağır zədə alan və geridə qalan 7 ayı müalicəsinə həsr edən azərbaycanlı futbolçu nəhayət, bu gün klubun U-21 komandasının “Elfsborq”la oyununda start heyətdə meydana çıxacaq. Bu barədə “Kalmar”ın rəsmi saytı məlumat yayıb.

İsveç çempionatının cari mövsümündə hələ meydana çıxmamış Emin klubun rəsmi saytına keçirdiyi ağır dövrlə bağlı müsahibə verib. Azərbaycanlı müdafiəçi bunları dilə gətirib:

“Mövsümün böyük hissəsini zədə səbəbindən kənarda qalmaq mənim üçün çox çətin idi. Amma hazırda özümü yaxşı hiss edirəm. Bir neçə həftədi komanda ilə birgə məşq edirdim. Hər ötən gün özümü daha yaxşı hiss etdiyimi düşünürəm. Neçə dəqiqə oynamağa hazıram? Mümkün qədər oynamağa çalışacam. İndi 90 dəqiqə meydanda olub-olmamağım önəmli deyil. Bu, zamanla həllini tapacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR