Dərc edildi: Baxış sayı: 700
Emin Ağalarov Rusiyanın məşhur jurnalını alıb
Azərbaycan əsilli iş adamı və müğənni Emin Ağalarov Rusiyanın məşhur "OK!" jurnalının və eyniadlı saytın sahibi olub.
"Report" xəbər verir ki, bu barədə TASS-a "Forbes Russia"nın Marketinq və ictimaiyyətlə əlaqələr direktoru Dmitri Ozman bildirib.
"OK!" jurnalının yeni sahibi iş adamı Emin Ağalarov olub. Müqavilə iyulun 12-də bağlanılıb və proses bir ay ərzində yekunlaşacaq. Məşhur jurnal, eləcə də eyniadlı sayt "Jara" mediaholdinqinin aktivinə keçir", - D.Ozman söyləyib.
"Forbes Russia"dan bildiriblər ki, dəyişikliklər yalnız jurnalın idarəetmə strukturuna təsir edəcək və Vadim Vernik baş redaktor kimi qalacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət